​Rusiya və Ukrayna bir-birinə tətbiq etdiyi qadağanı ləğv edib

​Rusiya və Ukrayna bir-birinə tətbiq etdiyi qadağanı ləğv edib Razılaşma fevralın 25-i saat 00.00-dan etibarən qüvvəyə minəcək
Region
24 Fevral , 2016 17:39
​Rusiya və Ukrayna bir-birinə tətbiq etdiyi qadağanı ləğv edib

Bakı. 24 fevral. REPORT.AZ/ Ukrayna ilə Rusiya arasında tranzit yüklərin daşınması haqda razılıq əldə edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ukraynanın infrastruktur naziri Andrey Pivovarski bildirib

Məlumata görə, razılaşma fevralın 25-i saat 00.00-dan etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, fevralın 14-dən hər iki ölkə qarşlıqlı olaraq Rusiya və Ukraynaya məxsus yük avtomobillərinin bir-birinin ərazisindən keçməsini qadağan etmişdi. 

Son xəbərlər

Orphus sistemi