Rusiya və Türkiyə arasında çarter hava əlaqəsi bərpa olunur

Rusiya və Türkiyə arasında çarter hava əlaqəsi bərpa olunur İlk reysi Rusiyanın "Royal Flight" aviaşirkəti həyata keçirəcək
Region
2 Sentyabr , 2016 04:56
Rusiya və Türkiyə arasında çarter hava əlaqəsi bərpa olunur

Bakı. 02 sentyabr. REPORT.AZ/ Rusiya və Türkiyə arasında çarter hava əlaqəsi təqribən 1 illik fasilədən sonra bərpa olunur.

"Report" xəbər verir ki, ilk çarter reysini Rusiyanın "Royal Flight" aviaşirkəti həyata keçirəcək.

Göyərtəsində təqribən 300 nəfər turistin olacağı gözlənilən "Boeing 767" təyyarəsi "RL7701" saylı reys ilə 17:20-də (Bakı vaxtı ilə) "Şeremetyova" hava limanından Antalyaya yola düşməlidir. Hazırda Türkiyəyə çarter reyslərinə Rusiyanın "Royal Flight", "Azur Air", "Nord Wind" və "IFLy" aviaşirkətləri maraq göstərir. Onlar Rusiyanın Federal Mülki Aviasiya Agentliyindən reyslərin həyata keçirilməsi üçün icazə alıblar.

Öz növbəsində Türkiyənin aviasiya rəhbərliyi Rusiyaya çarter reysləri həyata keçirmək üçün 60-dan çox türk şirkətinə icazə verib. Onlar qeyd ediblər ki, icazə hər hansı bir məhdudiyyətsiz - tələbata görə verilir.

Son xəbərlər

Orphus sistemi