​Rusiya və İran milli valyutalarda qarşılıqlı ödəmələri həyata keçirmək üçün ümumi hesab yaradır

​Rusiya və İran milli valyutalarda qarşılıqlı ödəmələri həyata keçirmək üçün ümumi hesab yaradır İran səfiri: "Moskva və Tehranın əlaqələri durmadan inkişaf edir"
Region
27 Yanvar , 2015 12:23
​Rusiya və İran milli valyutalarda qarşılıqlı ödəmələri həyata keçirmək üçün ümumi hesab yaradır

Bakı. 27 yanvar. REPORT.AZ/ Rusiya və İran milli valyutalarda qarşılıqlı ödəmələrin həyata keçirməsi üçün ümumi hesab yaratmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Mehdi Sanai "RİA-Novosti" agentliyinə müsahibəsində deyib. O qeyd edib ki, Moskva və Tehranın əlaqələri durmadan inkişaf edir və 2014-cü il bu baxımdan hər iki ölkə üçün çox uğurlu olub. Bununla yanaşı İran diplomatı qeyd edib ki, "münasibətlərin gələcəkdə daha intensiv inkişafı üçün bəzi məsələlərin həlli vacibdir. Bunlardan biri bank hesablaşmaları və pul köçürmələri ilə bağlıdır".

"Hər iki tərəf ümumi bank, yaxud ümumi hesab yaratmaq niyyətindədir və bunun vasitəsilə rial, ya da rublla hesablaşmalar aparmaq mümkün olsun", - M.Sanai deyib.

Son xəbərlər

Orphus sistemi