​Rusiya və Gürcüstan ölkələr arasındakı aviareyslərin intensivliyi barəsində razılığa gələ bilmədilər

​Rusiya və Gürcüstan ölkələr arasındakı aviareyslərin intensivliyi barəsində razılığa gələ bilmədilər Danışıqlar yanvarın 26 və 27-də Tiflisdə keçirilib
Region
28 Yanvar , 2015 12:13
​Rusiya və Gürcüstan ölkələr arasındakı aviareyslərin intensivliyi barəsində razılığa gələ bilmədilər

Bakı. 28 yanvar. REPORT.AZ/ Rusiya və Gürcüstan ölkələr arasındakı aviareyslərin intensivliyi barəsində apardığı danışıqlarda razılığa gələ bilməyibilər. Bu barədə "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir.

Danışıqlar yanvarın 26 və 27-də Tiflisdə keçirilib.

"Söhbət aviareyslərin çoxaldılmasından gedir. Son nəticə əldə olunmadığı üçün hələlik əvvəl razılaşdırılan həftədə 18 uçuşun həyata keçirilməsi davam etdirilir. Bir müddət əvvəl yanvarın 31-nə kimi qüvvədə olan həftədə 18 uçuşun həyata keçirilməsi qrafiki davam edəcək. Ona görə də hələ bir neçə gün vaxtımız var", - Gürcüstan mülki Aviasiyasının rəhbəri Quram Calaqoniya deyib.

Rusiya və Gürcüstan arasında mütəmadi birbaşa aviareyslər iki ölkə arasında münasibətlərin gərginləşməsindən sonra ləğv edilib. Mütəmadi uçuşların bərpa edilməsi qərarı 2014-cü ilin sentyabrında qəbul olunub. Oktyabrın 26-da "Аэрофлот" Moskvadan Tiflisə ilk reysini həyata keçirib.

Son xəbərlər

Orphus sistemi