Rusiya və Belarus desantları birgə hərbi təlim keçirir

Rusiya və Belarus desantları birgə hərbi təlim keçirir Yevgeni Meşkovun sözlərinə görə, bu tədbir bir neçə mərhələdən ibarət olacaq
Region
29 Sentyabr , 2015 12:24
Rusiya və Belarus desantları birgə hərbi təlim keçirir

Bakı. 29 sentyabr. REPORT.AZ/ Rusiya və Belarus desantları birgə hərbi təlimlər keçirir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin Hərbi-Desant Qoşunlarının mətbuat katibi, polkovnik-leytenant Yevgeni Meşkov bildirib.

Məlumata görə, hərbi təlim sentyabrın 29-da başlayıb və sabah başa çatacaq.

Tədbirə Rusiya desant qoşunlarının Pskov birliyi, Belarusun Vitebsk vilayətindəki aero-mobil tağımları cəlb edilib.

Təlim Belarusun Vitevsk vilayətindəki "Losvido" poliqonunda keçirilir.

Y.Meşkovun sözlərinə görə, hərbi təlimlər bir neçə mərhələdən ibarət olacaq.

Son xəbərlər

Orphus sistemi