​Rusiya Türkiyədən kahı idxalını dayandırıb

​Rusiya Türkiyədən kahı idxalını dayandırıb Bu il Rusiyaya kahı idxalında Türkiyənin payı 5% təşkil edib
Region
16 May , 2016 03:48
​Rusiya Türkiyədən kahı idxalını dayandırıb

Bakı. 16 may. REPORT.AZ/ Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti ("Rosselxoznadzor") bazar ertəsindən etibarən Türkiyədən kahı və "Aysberq" kahısı idxalını dayandıracaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, "Rosselxoznadzor", həmçinin bu günə qədər Rusiyaya aparılan Türkiyə istehsalı olan bütün növ meyvə və tərəvəzin idxalına qadağa tətbiq edə bilər.

Rusiya 1 yanvar 2016-cı il tarixindən Türkiyədən bir çox meyvə və tərəvəz növlərinə, o cümlədən portağal və narıngi, üzüm, alma, armud, ərik, şaftalı, nektarin, gavalı, göyəm, çiyələk, pomidor, baş soğan və soğan, gül kələmi, brokolli, xiyar və kornişon idxalına qadağa qoyub. Həmçinin toyuq və hinduşka məhsulları, duz və qərənfil gülləri qadağa altına düşüb.

Kahıya qoyulan qadağaya səbəb kimi idxal olunan məhsullarda Rusiyada karantin altında olan obyekt - Qərbi Kaliforniya (çiçək) tripsinin aşkarlanması göstərilir.

2016-cı ilin yanvar-aprel aylarında Rusiyaya kahı idxalında Türkiyənin payı 5 faiz təşkil edib. Rusiya bu dövr ərzində ölkəyə gətirilən 6,6 min ton kahıdan təqribən 360 tonunu Türkiyədən idxal edib. 2015-ci ildə bu göstərici 2 min 896 min ton və ya ümumi həcmin 12,2 faizini təşkil edib.

Son xəbərlər

Orphus sistemi