​Rusiya Türkiyədə tikəcəyi AES-dəki payının bir hissəsini satışa çıxarıb

​Rusiya Türkiyədə tikəcəyi AES-dəki payının bir hissəsini satışa çıxarıb "Rosatom"un satışa çıxardığı payı Türkiyə şirkətləri də almaq niyyətindədir
Region
27 Aprel , 2016 13:46
​Rusiya Türkiyədə tikəcəyi AES-dəki payının bir hissəsini satışa çıxarıb

Bakı. 27 aprel. REPORT.AZ/ Rusiyanın "Rosatom" şirkəti Türkiyənin Akkuyu Atom Elektrik Stansiyasının (AES) tikintisindəki payının 49 faizini satışa çıxarıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, buna səbəb kimi Rusiya şirkətinin maliyyə problemi ilə üzləşdiyi göstərilib.

Akkuyu layihəsinin hamısı Rusiya şirkətinə aiddir. "Rosatom"un satışa çıxardığı payı Türkiyə şirkətləri də almaq niyyətindədir.

Qeyd edək ki, bu layihə 2010-cu ildə imzalanıb. 4 reaktordan ibarət və 4 min 800 meqavatt gücə malik olacağı planlaşdırılan stansiya ən geci 2023-cü ildə istismara verilməlidir. 

Son xəbərlər

Orphus sistemi