Rusiya təyyarələri İrandan qalxmaqla İŞİD-in Suriyadakı mövqelərini bombalayıb - FOTO

Rusiya təyyarələri İrandan qalxmaqla İŞİD-in Suriyadakı mövqelərini bombalayıb - FOTO "Tu-22M3" və "Su-34" bombardmançı təyyarələri Həmədandakı bazada yerləşdirilib
Region
16 Avqust , 2016 13:21
Rusiya təyyarələri İrandan qalxmaqla İŞİD-in Suriyadakı mövqelərini bombalayıb - FOTO

Bakı. 16 avqust. REPORT.AZ/ Rusiya "Tu-22M3" və "Su-34" bombardmançı təyyarələrini İranın Həmədandakı bazasına yerləşdirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, artıq Rusiya Müdafiə Nazirliyi də bu məlumatı təsdiq edib.

Nazirlikdən verilən məlumata görə, bombardmançı təyyarələr artıq bu gün İŞİD və "Ən-Nüsrə Cəbhəsi" terror qruplaşmalarının Suriyanın Hələb, Deyr əz-Zor və İdlib vilayətlərindəki mövqelərini bombalayıb. Rusiya aviasiyasının Serakab, Əl-Bab, Hələb və Deyr əz-Zor bölgələrində silah, sursat, yanacaq-sürtkü materialı olan beş anbara, eləcə də yaraqlıların hazırlıq keçdiyi düşərgəyə hava zərbələri vurduğu qeyd olunub. Eyni zamanda, terrorçuların üç idarəetmə məntəqəsinin məhv edildiyi bildirilib.

"Al-Masdar News" portalının məlumatına görə, Rusiya və İran arasında bu yaxınlarda təyyarələrin yerləşdirilməsi ilə bağlı bağlanmış saziş Suriyadakı hədəflərə çatmaq üçün tələb olunan zamanı 60% azaltmağa imkan verəcək.

Son xəbərlər

Orphus sistemi