​Rusiya şirkətləri Xəzərdəki neft-qaz yatağında işlərini dayandırıb

​Rusiya şirkətləri Xəzərdəki neft-qaz yatağında işlərini dayandırıb Vahid Ələkbərov: "Sanksiyalar götürülənə və buruq qurğuları sərbəst olanadək gözləyəcəyik"
Region
25 Dekabr , 2015 10:31
​Rusiya şirkətləri Xəzərdəki neft-qaz yatağında işlərini dayandırıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Qərbin Rusiyaya tətbiq etdiyi texnoloji sanksiyalar səbəbindən "LUKOYL", "Gazprom" və "Kazmunayqaz" neft-qaz şirkətləri Xəzərdəki "Mərkəz" yatağında qazma-burma işlərini dayandırıblar.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

"Mərkəz" yatağı Rusiya şirkətlərinə aid olmadığından, biz buruq üçün avadanlıq ala bilmirik. Bir yataqda isə qurğu inşa etmək məntiqli deyil. Ona görə də "Gazprom"la işlərə bir az fasilə verməyi qərara aldıq. Sanksiyalar götürülənə və buruq qurğuları sərbəst olanadək gözləyəcəyik", - "LUKOYL"un prezidenti Vahid Ələkbərov Qərbin Rusiyaya tətbiq etdiyi texnoloji sanksiyalardan danışarkən bildirib.

Qeyd edək ki, "Mərkəz" strukturu Xəzərin mərkəz hissəsində, Rusiya ilə Qazaxıstan arasındakı sərhəddə yerləşir. Oradakı işləri "TsnetrKaspneftqaz", "Gazprom" müəssisələri və Qazaxıstanın "Kazmunayqaz" şirkəti ilə "LUKOY" birlikdə görürdülər.

2008-ci ildə həmin ərazidə 169,1 milyon ton neft-qaz kondensat ehtiyatının olduğu aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi