Bakı. 23 sentyabr. REPORT.AZ/ "Rusiya xarici ölkələrin ərazisində nüvə silahı yerləşdirməyəcək".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi Silahların yayılmaması və nəzarəti məsələləri üzrə idarəsinin direktoru Mixail Ulyanov bildirib.
"Rusiya 1989-1990-cı illərdə xarici ölkələrdən öz nüvə silahlarını çıxarıb. Taktiki silahlar da daxil olmaqla bütün nüvə silahları milli ərazimizdədir. Biz başqa bölgələrdə atom silahı yerləşdirməyi planlaşdırmırıq", - deyə direktor vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl nüvəyə malik dövlətlər, o cümlədən Rusiya atom silahının qadağan edilməsi üzrə danışıqlarda iştirak etməyəcəyini bildirib.