Rusiya rəsmiləri ​İstanbulda törədilən terror aktı ilə bağlı Türkiyəyə başsağlığı verib

Rusiya rəsmiləri ​İstanbulda törədilən terror aktı ilə bağlı Türkiyəyə başsağlığı verib Aleksey Puşkov: "Rusiyadan İstanbul, Brüssel və Parisdə törədilən terror hadislərinin acılarını anlayır, başsağlığı verir, baş əyirik"
Region
29 İyun , 2016 09:56
Rusiya rəsmiləri ​İstanbulda törədilən terror aktı ilə bağlı Türkiyəyə başsağlığı verib

Bakı. 29 iyun. REPORT.AZ/ "Dünyada terror hücumlarının qurbanları günhasız insanlardır. Rusiyadan İstanbul, Brüssel və Parisdə törədilən terror hadislərinin acılarını anlayır, başsağlığı verir, baş əyirik".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq komitəsinin sədri Aleksey Puşkov İstanbulun hava limanında törədilən terrorla bağlı Türkiyəyə başsağlığı mesajında bildirib.

İnformasiyaya görə, Çeçenistanın başçısı Ramzan Kadırov da terrorla bağlı başsağlığı verib: "Terror heç bir məqsədə haqq qazandıra bilməz. Terrorçuların əsl məqsədi qan, kütləvi ölümlər və qorxu yaratmaqdır". 

Son xəbərlər

Orphus sistemi