​Rusiya qırıcıları Hələbi bombalayıb, 18 dinc sakin ölüb, 13-ü yaralanıb

​Rusiya qırıcıları Hələbi bombalayıb, 18 dinc sakin ölüb, 13-ü yaralanıb İbrahim Əbu Leys: "Onlar qırıcılarla deyil, ballistik raketlərlə də mərkəzlərə hücum ediblər"
Region
26 Aprel , 2016 13:55
​Rusiya qırıcıları Hələbi bombalayıb, 18 dinc sakin ölüb, 13-ü yaralanıb

Bakı. 26 aprel. REPORT.AZ/ Rusiyaya məxsus döyüş təyyarələrinin Suriyanın Hələb şəhəri və ətraf əraziləri bombalaması nəticəsində 18 dinc sakin ölüb, 13-ü isə yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Hələbin qərbində yerləşən Etraib rayonunun mülki müdafiə məsələləri üzrə məsulu İbrahim Əbu Leys bildirib ki, Rusiya qırıcılarının mülki müdafiə mərkəzlərini bombalaması nəticəsində qurumun 5 əməkdaşı ölüb, 3-ü isə yaralanıb: "Ruslar sadəcə qırıcılarla deyil, ballistik raketlərlə də mərkəzlərə hücum ediblər".

"Rusiyanın döyüş təyyarələri Firdevs, Hayderiye və Şear rayonlarını bombalaması nəticəsində 13 dinc sakin həyatını itirib, 10-u isə yaralanıb", - məlumatda bildirilib. 

Son xəbərlər

Orphus sistemi