​Rusiya prezidentinin mətbuat katibi: "Məqsədimiz nəyi isə sübut etmək deyil"

​Rusiya prezidentinin mətbuat katibi: "Məqsədimiz nəyi isə sübut etmək deyil" Dmitri Peskov: "Başlıcası informasiyaya yiyələnmək və ondan terrorçuluğa qarşı mübarizədə istifadə etməkdir"
Region
1 Dekabr , 2015 17:47
​Rusiya prezidentinin mətbuat katibi: Məqsədimiz nəyi isə sübut etmək deyil

Bakı. 1 dekabr. REPORT.AZ/ "Rusiya əlindəki informasiyalardan terrorçulara qarşı mübarizədə istifadə edir. Məqsədimiz İŞİD-in Türkiyəyə neft verməsini sübut etmək deyil".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Moskva İŞİD-in Türkiyəyə neft verdiyinə dair sübutları ortaya qoymağa hazırdırmı" suala cavabında bildirib.

O qeyd edib ki, bu, yeni bəyanat deyil: "Başlıcası informasiyaya yiyələnmək və ondan terrorçuluğa qarşı mübarizədə istifadə etməkdir. Məqsəd nəyi isə sübut etmək deyil".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Türkiyəni terrorçu İŞİD-dən neft almaqda ittiham edən bəyanat verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, bunu sübut etsələr, istefa verməyə hazırdır. 

Son xəbərlər

Orphus sistemi