Bakı. 16 aprel. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinə iki milyondan artıq sual göndərilib.
"Report" xəbər verir ki, bu haqda "Rossiya 24" telekanalı məlumat yayıb.
Xəbərə görə, hazırda qeydə alınan sualların sayı 2,2 milyonu keçib.
Bu gün Vladimir Putin "birbaşa xətt"də Rusiya vətəndaşlarının suallarını cavablandıracaq.