​Rusiya prezidenti: "Türkiyə xalqı ilə münasibətlərimizin məhdudlaşmasını istəmirik"

​Rusiya prezidenti: "Türkiyə xalqı ilə münasibətlərimizin məhdudlaşmasını istəmirik" "Biz türkləri dost xalq hesab edirik"
Region
19 Dekabr , 2015 21:32
​Rusiya prezidenti: Türkiyə xalqı ilə münasibətlərimizin məhdudlaşmasını istəmirik

Bakı. 19 dekabr. REPORT.AZ/ "Biz türkləri dost xalq hesab edirik. Və istəmirik ki, bizim məhz türk xalqı ilə münasibətlərimiz məhdudlaşsın".

"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Vladimir Solovyovun bir hissəsi "Rossiya 1" telekanalı ilə yayımlanan "Miroporyadok" sənədli filmində göstərilən müsahibəsində bildirib.

Solovyovun Rusiyanın "Su-24" təyyarəsini vuran Türkiyənin düşməncəsinə hərəkətlərinə dair sualını cavablandıran Putin bildirib ki, Türkiyə xalqı ilə münasibətləri pozmaq istəmir:

"Türkiyə Avropa deyil, bu bir. İkincisi isə, artıq bugünkü müraciətimdə dediyim kimi, indi də istəyirəm təkrar edim: Biz türkləri dost xalq hesab edirik. Və istəmirik ki, bizim məhz türk xalqı ilə münasibətlərimiz məhdudlaşsın. O ki qaldı hazırkı rəhbərliyə, - heç nə Ay altında əbədi deyil".

Son xəbərlər

Orphus sistemi