Rusiya prezidenti: "Türkiyə ilə müdafiə sənayesi sahəsində də əməkdaşlığa hazırıq "

Rusiya prezidenti: "Türkiyə ilə müdafiə sənayesi sahəsində də əməkdaşlığa hazırıq " Vladimir Putin Türkiyəyə "mavi yanacağın" qiymətində endirim edilməsində razılıq əldə olunduğunu söyləyib
Region
10 Oktyabr , 2016 22:13
Rusiya prezidenti: Türkiyə ilə müdafiə sənayesi sahəsində də əməkdaşlığa  hazırıq

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Suriya ordusu ilə müxalif qruplar arasında uzalaşma üçün təkliflərimizi ortağımız Türkiyəyə təqdim etdik".

"Report" Haberturk-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğoğanla İstanbulda keçirdiyi mətbuat konfransında bildirib.

"Humanitar yardım karvanlarına atəş açılmaması üçün ABŞ-ı da məlumatlandırdıq. Hərbi sahədə təmaslarımızı sürətləndirmək məsələsində də razılaşdıq.Müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək lazımdırsa, biz buna da hazırıq. Hər iki tərəfdən bu məsələ ilə bağlı təkliflər araşdırılmaqdadır", -deyə Rusiyanın dövlət başçısı vurğulayıb.

İnfromasiyaya görə, V.Putin deyib ki, hazırda 200-dən çox gənc türk tələbə Rusiyada atom-nüvə sahəsi üzrə təhsil alır.

O, Türk axını təbii qaz boru xətti layihəsi çərçivəsində Türkiyəyə "mavi yanacağın" qiymətində endirim edilməsində razılıq əldə olunduğunu söyləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə razılaşdırdıqları məsələlərlə bağlı mütəxəssislərin fəaliyyətinin davam etdirəcəyini bildirib. 

Son xəbərlər

Orphus sistemi