Bakı. 10 oktyabr. REPORT.AZ/ Ankarada baş verən partlayışla bağlı Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı teleqramı göndərib.
"Report" "RİA Nosovsti"yə istinadən xəbər verir ki, bu haqda Kremldən məlumat yayılıb.
Məlumata görə, Rusiya prezidenti türkiyəli həmkarına terror təhlükəsinə qarşı mübarizədə sıx qarşılıqlı fəaliyyət göstərməyə hazır olduqlarını bildirib.
Vladimir Putin teleqramda cinayətin icraçıları və sifarişçilərinin layiqli cəzalarını alacaqlarına əmin olduğunu vurğulayb.
Xatırladaq ki, bu gün Ankaranın Səhiyyə meydanında "Savaşın yerinə, Sülh, Əmək, Demokratiya" şüarı altında keçiriləcək mitinqdən öncə baş verən partlayış nəticəsində 30 nəfər həyatını itirib, 126 nəfər yaralanıb.
Məlumata əsasən, partlayışlar intiharçı-terrorçunun özünü partlatması nəticəsində baş verib.