Rusiya prezidenti ilə BMT baş katibi Sankt-Peterburqda görüşəcək

Rusiya prezidenti ilə BMT baş katibi Sankt-Peterburqda görüşəcək Dmitri Peskov: "Müzakirələrdə BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Staffan de Mistura da iştirak edəcək"
Region
14 İyun , 2016 19:00
Rusiya prezidenti ilə BMT baş katibi Sankt-Peterburqda görüşəcək

Bakı. 14 iyun. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinlə BMT baş katibi Pan Gi Mun arasında görüş keçiriləcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, görüş iyunun 16-da Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum (SPIEF) çərçivəsində baş tutacaq: “Görüş üçtərəfli olacaq və müzakirələrdə BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Staffan de Mistura da iştirak edəcək. Görüşdə əsasən Suriyadakı vəziyyət müzakirə olunacaq”.

Qeyd edək ki, Beynəlxalq İqtisadi Forum iyunun 16-18-də Sankt-Peterburqda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi