​Rusiya prezidenti İranda səfərdədir

​Rusiya prezidenti İranda səfərdədir Vladimir Putinin Tehranda bir sıra görüşlər keçirəcəyi gözlənilir
Region
23 Noyabr , 2015 15:12
​Rusiya prezidenti İranda səfərdədir

Bakı. 23 noyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Təbii Qaz İxrac edən Ölkələrin Forumunda iştirak etmək üçün İrana birgünlük işgüzar səfər edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Rusiya liderinin səfər çərçivəsində İranın ali lideri, ayətullah Seyid Əli Xamənei, ölkə prezidenti Həsən Ruhani və forumda iştirak edən başqa dövlətlərin rəhbərləri ilə görüşəcəyi gözlənilir.

Qeyd edək ki, Vladimir Putin axırıncı dəfə 2007-ci ildə İranda səfərdə olub.

Xatırladaq ki, Tehranda Təbii Qaz İxrac edən Ölkələrin üçüncü toplantısı keçirilir. Forum 2008-ci il dekabrın 23-də Moskvada təsis edilib. Qurumun qərargahı Qətərin paytaxtı Dohada yerləşir. Təşkilatda Boliviya, Venesuela, Birləşmiş Ərəb Əmirliyi, Əlcəzair, Misir, Ekvatorial Qvineya, Liviya, Nigeriya, Trinidad və Tobaqo, Qətər, İran və Rusiya təmsil olunur.

Hollandiya, Norveç, İraq, Oman və Peru isə forumun müşahidəçi ölkələridir. Tehran toplantısında Azərbaycana da müşahidəçi statusu verilib. 

Son xəbərlər

Orphus sistemi