Rusiya prezidenti: "Biz imperiyanı bərpa etmək fikrində deyilik"

Rusiya prezidenti: "Biz imperiyanı bərpa etmək fikrində deyilik" "Rusiya müstəqil dövlətlərin daxili işlərinə müdaxilə etmək niyyətində deyil"
Region
16 Aprel , 2015 17:20
Rusiya prezidenti: Biz imperiyanı bərpa etmək fikrində deyilik

Bakı. 16 aprel. REPORT.AZ/ "Rusiya müstəqil dövlətlərin daxili işlərinə müdaxilə etmək niyyətində deyil və imperiya yaratmaq məqsədi güdmür". "Report" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin "birbaşa xətt" zamanı bildirib.

Ukrayna ilə münasibətlərdən danışan V.Putin qeyd edib ki, Ukrayna müstəqil dövlətdir və Moskva Kiyevin daxili işlərinə müdaxilə etmək niyyətində deyil. Lakin o vurğulayıb ki, bu ölkədə qatı millətçiliyin artması yolverilməzdir. 

"Bunlar müstəqil dövlətlərdir, ona görə də müdaxilə edə bilmərik. Lakin biz Qazaxıstan və Belarusla olduğu kimi, məsələn, AİB çəçivəsində münasibətləri inkişaf etdirə bilərik. Bu birliklərin məqsədi nədir? Axı məqsəd özümüzə doğru çəkmək deyil. Əsla! Məqsəd ölkələrimizin daha yaxşı yaşaması, sərhədlərin açılmasındadır. 

Əsas prosesin mahiyyəti budur, burada öz təsir sferamızın saxlanılması deyil. Biz imperiyanı bərpa etmək fikrində deyilik. Bizi daim ittiham etdikləri kimi belə məqsəd güdmürük", - V.Putin bildirib.

O qeyd edib ki, AİB kimi təşkilatların yaranması bütün dünyada baş verən inteqrasiya proseslərinin nəticəsidir: "Vurğulamaq istəyirəm ki, imperiya yaratmaq məqsədi güdmürük, lakin xaricdə yaşayan ruslar da daxil olmaqla, həmin ölkələrlə əməkdaşlığı inkişaf etdirməklə, xalqımızın layiqli həyat sürməsini təmin edə bilərik". 

Son xəbərlər

Orphus sistemi