Rusiya Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib

Rusiya Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib Rusiya prezidenti Vladimir Putin bu posta Anton Vaynonu təyin edib
Region
12 Avqust , 2016 14:14
Rusiya Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib

Bakı. 12 avqust. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Prezident Administrasiyasının rəhbəri Sergey İvanovu tutduğu vəzifədən azad edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu posta Anton Vayno təyin edilib. O, daha əvvəl Prezident Administrasiyasının rəhbərinin müavini vəzifəsində çalışıb.

V.Putin S.İvanovu Rusiya prezidentinin ətraf mühitin qorunması, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi təyin edib.

Son xəbərlər

Orphus sistemi