Rusiya öz sərhədlərində sanitar-karantin nəzarətini gücləndirib

Rusiya öz sərhədlərində sanitar-karantin nəzarətini gücləndirib Bu addım Nigeriyada poliomielitə yoluxma hallarından sonra atılıb
Region
10 Sentyabr , 2016 03:53
Rusiya öz sərhədlərində sanitar-karantin nəzarətini gücləndirib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Rusiyanın dövlət sərhədlərində Nigeriyada qeydə alınan poliomielit xəstəliyinə yoluxma hallarından sonra sanitar-karantin nəzarətini gücləndirilib.

"Report" xəbər verir ki, bu barədə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətin ("Rospotrebnadzor") saytında məlumat yerləşdirilib.

İdarənin məlumatına görə, Nigeriyanın Borno ştatında uşaqlar arasında poliomielitə üç yoluxma hadisəsi qeydə alınıb.

"Ölkədə poliomielit üzrə epidemioloji vəziyyətin gərginləşməsinə yol verməmək məqsədi ilə Rusiya Federasiyasının dövlət sərhədlərindəki buraxılış məntəqələrində sanitar-karantin nəzarəti gücləndirilib", - deyə məlumatda bildirilir.

"Rospotrebnadzor" ölkə vətəndaşlarından səfər planlaşdıran zaman hazırkı vəziyyəti nəzərə almağı xahiş edir.

Poliomielit - onurğa beyin iflici onurğa beyninin boz maddəsinin poliovirus tərəfindən zədələnməsi və əsasən əsəb sisteminin patalogiyası ilə səciyyələnən kəskin yolxucu xəstəlikdir.

Son xəbərlər

Orphus sistemi