​Rusiya neft-emalı zavodunda yanğın baş verib

​Rusiya neft-emalı zavodunda yanğın baş verib Yanğının söndürülməsinə 47 nəfər və 18 texnika cəlb edilib
Region
21 Dekabr , 2015 11:50
​Rusiya neft-emalı zavodunda yanğın baş verib

Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiyanın Krasnodar diyarının İlsk qəsəbəsində yerləşən neft-emalı zavodunda yanğın baş verib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi məlumat yayıb.

Məlumata görə, yanğının söndürülməsinə 47 nəfər və 18 texnika cəlb edilib.

Yanğının yayılmasının qarşısı alınıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. 

Son xəbərlər

Orphus sistemi