Rusiya Müdafiə Nazirliyi yeni müdafiə planı hazırlayacaq

Rusiya Müdafiə Nazirliyi yeni müdafiə planı hazırlayacaq Sənəd 2016-2020-ci illəri əhatə edəcək
Region
13 Yanvar , 2015 17:49
Rusiya Müdafiə Nazirliyi yeni müdafiə planı hazırlayacaq

Bakı. 13 yanvar. REPORT.AZ/ Rusiya Federasiyasının Müdafiə Nazirliyi 2016-2020-ci illər üçün yeni müdafiə planı hazırlayacaq. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə nazir Sergey Şoyqu məlumat verib. 

"Biz Rusiya Federasiyasının 2016-2020-ci iilər üçün yeni müdafiə planını hazırlamalı, 2015-ci ildə dövlətin müdafiə sifarişinin vaxtında yerləşdirilməsi və şərtsiz icrasını təmin etməliyik ki, silah və hərbi texnikanın müasir nümunələri üzrə müəyyən olunan parametrlərə keçə bilək", - S.Şoyqu bildirib.

O xatırladıb ki, bu il Rusiya ordusu 700-ə yaxın zirehli maşın və 1 550 müxtəlif avtomobil, 126 təyyarə və 86 helikopter, eləcə 2 ədəd "İskander-M" raket-zenit kompleksi almalıdır. 

S.Şoyqu xatırladıb ki, donanmaya 2 ədəd çoxfunksiyalı sualtı qayıq və 5 ədəd hərbi gəmi veriləcək. 

2015-ci ildə Yeniseyskdə qrafiki 1 il qabaqlamaqla "Voronej-DM" yüksək zavod hazırlığı olan radiolokasiya stansiyasının hərbi növbətçiliyinə keçilməsi gözlənilir", - S.Şoyqu əlavə edib. 

Son xəbərlər

Orphus sistemi