Rusiya MSK-sı Dumada deputat yeri qazanan partiyaların adlarını açıqlayıb

Rusiya MSK-sı Dumada deputat yeri qazanan partiyaların adlarını açıqlayıb "Vahid Rusiya" Partiyası Dumada 343 deputatla təmsil olunacaq
Region
19 Sentyabr , 2016 11:45
Rusiya MSK-sı Dumada deputat yeri qazanan partiyaların adlarını açıqlayıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Rusiya Dövlət Dumasına keçirilən seçkinin protokollarının 93 faizi hesablanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb. 

Komissiyadan bildirilib ki, seçicilərin 54,27 faizi "Vahid Ruisya" Partiyasına ("Yedinaya Rossiya"), 13,46 faizi Kommunista Partiyasına, 13,25 faiz Libereal Demokrat Partiyasına, 6,17 faiz isə "Ədalətli Rusiya" Partiyasına ("Spravedlivaya Rossiya") səs verib.

Qeyd edək ki, sentyabrın 18-də Rusiya Dövlət Dumasına seçkilər keçirilib. Qarışıq sistemlə keçirilən seçkidə 225 deputat partiya siyahısı, 225 deputat isə birmandatlı dairələr üzrə seçilib. 

Beləliklə, "Vahid Rusiya" Partiyası Dumada 343, Kommunist Partiyası 42, Libereal Demokrat Partiyası 42, "Ədalətli Rusiya" Partiyası isə 23 deputatla təmsil olunacaq.

Son xəbərlər

Orphus sistemi