​Rusiya məhkəməsi ukraynalı pilotu 22 il müddətinə azadlıqdan məhrum edib

​Rusiya məhkəməsi ukraynalı pilotu 22 il müddətinə azadlıqdan məhrum edib Müvafiq qərar çərşənbə axşamı keçirilən iclasda açıqlanıb
Region
22 Mart , 2016 18:47
​Rusiya məhkəməsi ukraynalı pilotu 22 il müddətinə azadlıqdan məhrum edib

Bakı. 22 mart. REPORT.AZ/ Rusiya məhkəməsi ukraynalı təyyarəçi Nadejda Savçenkonu 22 il müddətinə azadlıqdan məhrum edib.

"Report" xəbər verir ki, ona, həmçinin 30 min Rusiya rublu məbləğində cərimə təyin olunub.

Savçenko rusiyalı jurnalistlər İqor Kornelyuk və Anton Voloşinin qətlə yetirilməsində, eləcə də, Rusiya sərhədini qanunsuz keçməkdə müqəssir bilinib.

Onun cəza müddəti saxlandığı gündən - 23 iyun 2014-cü il tarixindən hesablanacaq.

Son xəbərlər

Orphus sistemi