Rusiya məhkəməsi ​Krım tatarlarının lideri barəsində qiyabi həbs qərarı çıxarıb

Rusiya məhkəməsi ​Krım tatarlarının lideri barəsində qiyabi həbs qərarı çıxarıb Mustafa Cəmiloğlu barəsində federal axtarış da elan olunub
Region
21 Yanvar , 2016 12:37
Rusiya məhkəməsi ​Krım tatarlarının lideri barəsində qiyabi həbs qərarı çıxarıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Rusiyanın nəzarəti altında olan Simferoploun Kiyev rayon Məhkəməsi Krım tatarlarının lideri, Ukrayna parlamentinin deputatı Mustafa Cəmiloğlunun qiyabi həbsi barədə qərar çıxarıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiyanın Krıma təyin etdiyi prokuror Natalya Polonskaya bildirib.

Onun sözlərinə görə, Mustafa Cəmiloğlu barəsində federal axtarış elan edilib. Bununla belə N.Polonskaya Krım tatarlarının milli liderinə qarşı Rusiya prokurorluğunun Cinayət Məcəlləsinin hansı maddəsi ilə cinayət işi başladığını açıqlamayıb: "Bir neçə maddə üzrə cinayət işi açılıb".

Qeyd edək ki, Rusiya 2014-cü il martın 14-də Ukraynanın Krım yarımadasını ilhaq edib.

Son xəbərlər

Orphus sistemi