​Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 50%-dən çox azalıb

​Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 50%-dən çox azalıb Bu ilin ilk 5 ayında Ermənistandan Rusiyaya 3,59 milyon dollarlıq mal ixrac edilib
Region
1 İyul , 2015 10:33
​Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 50%-dən çox azalıb

Bakı. 1 iyul. REPORT.AZ/ Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 54,6% azalıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, 2015-ci ilin yanvar-may aylarında Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 242,7 milyon dollar təşkil edib. Bu da ötən ilin uyğun dövrü ilə müqayisədə 54,6% azdır. 

Bu ilin ilk 5 ayında Ermənistandan Rusiyaya 3,59 milyon dollarlıq mal ixrac edilib. Ötən il isə bu rəqəm 106,8 milyon dollar olub. 2014-cü ilin eyni dövründə Rusiyadan Ermənistana isə 239,1 milyon dollarlıq mal ixrac edilib, yaxud cari il bu istiqamətdə ticarət dövriyyəsi 44,2 % azalıb.

2015-ci ilin yanvar-may aylarında Ermənistanın ümumi xarici ticarət dövriyyəsi bir milyard 558,8 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin uyğun dövrünün göstəricisindən 32,3% azdır.

Son xəbərlər

Orphus sistemi