​Rusiya İraqa döyüş helikopterləri göndərib

​Rusiya İraqa döyüş helikopterləri göndərib Moskva ilə Bağdad arasında hərbi məhsullara dair 4,2 milyard dollarlıq müqavilə imzalanıb
Region
26 Avqust , 2015 12:33
​Rusiya İraqa döyüş helikopterləri göndərib

Bakı. 26 avqust. REPORT.AZ/ Rusiya İraqa "Mi-35M", "Mi-28HE" və "Noçnoy oxotnik" tipli döyüş helikopterləri göndərib.

"Report" xəbər verir ki, bu haqda "TASS" məlumat yayıb.

Məlumata görə, "An-124 Ruslan" tipli yük təyyarəsi ilə İraqa 4 "Mi-35" və 4 "Mi-28HE" tipli helikopterlər göndərilib. İndiyədək İraq bu tip 16 helikopter alıb.

Bir müddət öncə Bağdadın 2016-cı ilədək 43 döyüş helikopteri, 24 "Mi-35" və 19 "Mi-28HE" almaq istədiyi haqda məlumat yayılmışdı.

Qeyd edək ki, 2012-ci ildə Rusiya ilə İraq arasında hərbi məhsullara dair 4,2 milyard dollarlıq müqavilə imzalanıb. Mütəxəssislər hesab edirlər ki, rəsmi Bağdad hərbi aviasiya maşınları və uyğun qurğularına bir milyard dollardan artıq vəsait xərcləyəcək. 

Son xəbərlər

Orphus sistemi