​Rusiya İran AES-də iki yeni reaktor tikəcək

​Rusiya İran AES-də iki yeni reaktor tikəcək Tikiləcək reaktorların hər biri min meqavatlıq elektrik enerjisi istehsal edəcək
Region
2 İyun , 2015 12:00
​Rusiya İran AES-də iki yeni reaktor tikəcək

Bakı. 2 iyun. REPORT.AZ/ Rusiyanın "Rosatom" şirkəti İranın Buşehr bölgəsindəki Atom Elektrik Stansiyasında (AES) 2-ci və 3-cü blokun tikintisinə 2015-ci ilin payızında başlayacaq.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu "Rosatom"un başçısı Sergey Kirienko "Atomekspo-2015" Forumunun plenar iclasında deyib.

Məlumata görə, tikiləcək reaktorların hər biri min meqavatlıq elektrik enerjisi istehsal edəcək.

Qeyd edək ki, Rusiya ilə İran arasında dinc məqsədli nüvə enerjisindən istifadə haqda müqavilə 1992-ci ildə imzalanıb.

Son xəbərlər

Orphus sistemi