​Rusiya İran AES-də iki blok tikəcək

​Rusiya İran AES-də iki blok tikəcək Məlumata görə, 2014-cü ildə Rusiya ilə İran arasında Moskvada dinc məqsədli atom enerjisindən istifadə haqda bir sıra sənədlər imzalanıb
Region
22 Dekabr , 2015 21:47
​Rusiya İran AES-də iki blok tikəcək

Bakı. 22 dekabr. REPORT.AZ/ Rusiya gələn həftədən İranın Buşehr Atom Elektrik Stansiyasında (AES) iki yeni blokun tikintisinə başlayacaq.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İran Atom Enerjisi Təşkilatı sədrinin müavini Bəhruz Kəmalvəndi deyib.

Məlumata görə, 2014-cü ildə Rusiya ilə İran arasında Moskvada dinc məqsədli atom enerjisindən istifadə haqda bir sıra sənədlər imzalanıb. Həmin sənədlər Rusiyaya İran AES-də 8 blok tikliməyə imkan verir. Buşehr AES-də iki blokun inşası da həmin anlaşmaya əsasən həyata keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi