XİN: Rusiya Gürcüstanın əsas ticarət partnyoru üçlüyündədir

XİN: Rusiya Gürcüstanın əsas ticarət partnyoru üçlüyündədir 2013-cü ildən "Borjomi" mineral suyu, çaxır və konyak ixracı bərpa edilib
Region
27 Fevral , 2015 14:02
XİN: Rusiya Gürcüstanın əsas ticarət partnyoru üçlüyündədir

Bakı. 27 fevral. REPORT.AZ/ Rusiya Gürcüstanın əsas ticarət partnyoru üçlüyündədir.

"Report" "Novosti Qruziya"ya istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat İdarəsi bildirib.

Məlumata görə, Rusiya 2014-cü ildə Gürcüstanın kənd təsərrüfatı malları və çaxırına bazarını açdığı üçün "üçlüyə" düşüb.

Xatırladaq ki, 2013-cü ildə Gürcüstan Rusiyaya "Borjomi" mineral suyu, çaxır və konyakının ixracını bərpa edib. 2008-ci il hadisələrindən sonra Rusiya bu ölkəyə embarqo tətbiq etmişdi.

Onu da qeyd edəki, "üçlükdə" birinci yerdə Türkiyə, ikinci yerdə Azərbaycandır.

Son xəbərlər

Orphus sistemi