Rusiya gəmiləri Xəzər dənizində irimiqyaslı təlimlər keçirib

Rusiya gəmiləri Xəzər dənizində irimiqyaslı təlimlər keçirib Təlimlərə 30-a yaxın gəmi və kater cəlb olunub
Region
28 Avqust , 2016 03:50
Rusiya gəmiləri Xəzər dənizində irimiqyaslı təlimlər keçirib

Bakı. 28 avqust. REPORT.AZ/ Rusiyanın Xəzər dəniz donanması qoşunların döyüş hazırlığının qəfil yoxlanılması çərçivəsində Xəzər hövzəsində mina maneəsinin məhv edilməsi üzrə təlimlər keçiriblər.

"Report" xəbər verir ki, bu barədə Cənub hərbi dairəsinin mətbuat xidməti məlumat yayıb.

Təlimlərdə ondan çox gəmi, o cümlədən "Tatarıstan" və "Dağıstan" raket gəmiləri, "Qrad Sviyajsk", "Uqliç" və "Veliki Ustyuq" kiçik raket və artilleriya gəmiləri, "Volqodonsk" və "Mahaçqala", həmçinin baza və sıravi tral gəmiləri iştirak edib.

Qəfil yoxlama tədbirlərinə təqribən 30 gəmi və kater, 40-dək təkərli və tırtıllı texnika cəlb olunub.

Son xəbərlər

Orphus sistemi