Rusiya FHN: Oxot dənizində axtarış sahəsi 8,5 min kv.km təşkil edir

Rusiya FHN: Oxot dənizində axtarış sahəsi 8,5 min kv.km təşkil edir Axtarışlara 1,6 min insan cəlb olunub
Region
2 Aprel , 2015 13:15
Rusiya FHN: Oxot dənizində axtarış sahəsi 8,5 min kv.km təşkil edir

Bakı. 2 aprel. REPORT.AZ/ Xilasedicilər Oxot dənizində balıqçı gəmisinin qəzaya uğradığı ərazidə zərərçəkən və ölənlərin cəsədlərinin tapılması üçün 8,5 min kvadrat km ərazidə axtarış-xilasetmə tədbirləri aparır. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-in baş idarəsindən bildirilib. 

Qəza zonasına "Spravedlivı" xilasetmə gəmisi göndərilib. Axtarışlara təxminən 1,6 min nəfər cəlb olunub.

"Dalni Vostok" balıqçı gəmisi Oxot dənizi akvatoriyasında Maqadandan 300 km aralıda batıb. Gəminin göyərtəsində olan 132 ekipaj üzvündən 117 nəfəri sudan çıxarılıb. 54 nəfər həlak olub. 15 balıqçının taleyi haqqında məlumat yoxdur. Xilas edilən şəxslərin vəziyyəti ağır kimi qiymətləndirilir. 

Ekipaj üzvləri arasında 7 azərbaycanlı da var.

Son xəbərlər

Orphus sistemi