Bakı. 3 fevral. REPORT.AZ/ Gümrüdə bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməkdə şübhəli bilinən Rusiya hərbçisi Valeri Permyakovun məhkəməsi şəhərdəki RF hərbi bazasının ərazisində keçiriləcək.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu qərar hərbi bazanın statusu haqda ikitərəfli razılaşmaya əsasən qəbul edilib. Hərbçinin Rusiya Cinayət Məcəlləsinə əsasən mühakimə edilməsi ilə bağlı məsələ də müzakirə olunur.
Rusiyanın hərbi müstəntiqləri Valeri Permyakova qarşı silahla fərariliyə görə də ittiham irəli sürüblər.
Xatırladaq ki, bu il yanvarın 12-də Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının müddətli hərbçisi Valeri Permyakov Gümrüdə bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməkdə şübhəli bilinərək, tutulub.