​Rusiya Ermənistana satdığı qazın qiymətini 24 dollar ucuzlaşdırıb

​Rusiya Ermənistana satdığı qazın qiymətini 24 dollar ucuzlaşdırıb İki ölkənin energetika nazirliyi bu barədə protokol imzalayıb
Region
7 Sentyabr , 2015 22:17
​Rusiya Ermənistana satdığı qazın qiymətini 24 dollar ucuzlaşdırıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Rusiyanın Energetika Nazirliyi ilə Ermənistanın Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Ermənistana təbii qaz satışı zamanı qiymətlərin formalaşdırılması qaydası haqqında sazişə dəyişikliklərin edilməsinə dair protokol imzalayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, Rusiyanın Energetika Nazirliyinin məlumatına görə, sənəd hüquqi olaraq Ermənistana tədarük olunan Rusiya qazının baza qiymətinin 189 dollardan 165 dollara endirilməsini müəyyən edir.

Sənəd, həmçinin "Qazprom Armeniya" QSC-nin normal fəaliyyət göstərməsinin təmin edilməsi üçün baza şərtlərini müəyyən edir.

Son xəbərlər

Orphus sistemi