​Rusiya Ermənistana daxil olan özəl transfertlərə məhdudiyyətlər qoya bilər

​Rusiya Ermənistana daxil olan özəl transfertlərə məhdudiyyətlər qoya bilər Ermənistanın keçmiş baş naziri: Rusiya iqtisadiyyatının bu çətin günlərində xarici valyutaya kəskin tələbat duyur
Region
25 Noyabr , 2014 14:40
​Rusiya Ermənistana daxil olan özəl transfertlərə məhdudiyyətlər qoya bilər
Bakı. 25 noyabr. REPORT.AZ/ Rusiya Ermənistana daxil olan özəl transfertlərə məhdudiyyətlər qoya bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan "Azadlıq" ("Svoboda") radiosunun Ermənistan xidmətinə müsahibəsində bildirib. 

Q.Baqratyan qeyd edib ki, Rusiya iqtisadiyyatının bu çətin günlərində xarici valyutaya kəskin tələbat duyur və bu ölkənin hakimiyyəti dollar və avronun Rusiyadan çıxarılmasını azaldacaq bu cür tədbirlərə əl atır. Onun sözlərinə görə, söhbət pulların köçürülməsinə qadağadan yox, onlara əlavə verginin qoyulmasından gedir.

RF İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, kapitalın bu ölkədən çıxarılması artıb. Oktyabr ayında Rusiyadan 28 mlrd. dollar çıxarılıb. Nazirliyin qiymətinə görə, 2014-cü il ərzində Rusiyadan 100 mlrd. dollar həcmində kapital çıxarılacaq. 

Ermənistana daxil olan valyutanın böyük hissəsi məhz özəl transfertlər şəklində daxil olur. Ermənistan Mərkəzi Bankının məlumatlarına əsasən, 2013-cü ildə fiziki şəxslər Ermənistana 1 mlrd. 869 mln. dollar köçürüblər, onlardan təxminən 85% Rusiyadan daxil olub. 

Müqayisə üçün qeyd edək ki, Ermənistan Milli Statistika Xidmətinin məlumatlara əsasən, ötən il ölkənin toplam ixracı 1 mlrd. 480 mln. dollar təşkil edib. 

Son xəbərlər

Orphus sistemi