​Rusiya Ermənistandakı bazasında xidmət edən hərbçiləri dəyişdirib

​Rusiya Ermənistandakı bazasında xidmət edən hərbçiləri dəyişdirib Rusiya Cənub Hərbi Dairəsi: "Onları hərbi təlim mərkəzləri və hissələrdə hazırlıq keçmiş mütəxəssislər əvəzləyəcək"
Region
29 Aprel , 2015 11:20
​Rusiya Ermənistandakı bazasında xidmət edən hərbçiləri dəyişdirib

Bakı. 29 aprel. REPORT.AZ/ Rusiya Ermənistandakı hərbi bazasından üç minə yaxın əsgər və çavuşu Cənub Hərbi Dairəsinin başqa hissələrinə dəyişdirib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, yeri dəyişdirilənlər plana uyğun olaraq, hərbi xidmətlərinin qalan müddətini dairənin başqa hərbi hissələrində başa vuracaq: "Onları hərbi təlim mərkəzləri və hissələrdə hazırlıq keçmiş mütəxəssislər əvəzləyəcək. Yeni şəxsi heyət ixtisas üzrə Gümrüdəki tağımlara və Yerevandakı hərbi qarnizonlara göndəriləcək". 

Son xəbərlər

Orphus sistemi