​Rusiya Cənub Hərbi Dairəsində hava qüvvələrinin təlimi başlayıb

​Rusiya Cənub Hərbi Dairəsində hava qüvvələrinin təlimi başlayıb Plana uyğun olaraq keçirilən taktiki-uçuş təliminə 40-a yaxın müxtəlif təyyarələr cəlb edilib
Region
16 Fevral , 2016 12:19
​Rusiya Cənub Hərbi Dairəsində hava qüvvələrinin təlimi başlayıb

Bakı. 16 fevral. REPORT.AZ/ Rusiyanın Cənub Hərbi Dairəsində ölkənin cənubunda yerləşən Hərbi Hava Qüvvələri və Hava hücumundan Müdafiə hərbi hissələrinin təlimi başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, plana uyğun olaraq keçirilən taktiki-uçuş təliminə 40-a yaxın müxtəlif təyyarələr, o cümlədən "Su-24MP" kəşfiyyatçı-təyyarə, bombardmançı "Su-34" və qırıcı "Su-27" də cəlb edilib.

Manevr zamanı təyyarəçilər müxtəlif döyüş-təlim tapşırıqlarını yerinə yetirirlər. 

Son xəbərlər

Orphus sistemi