Rusiya casusluqda şübhəli bilinən Estoniya sakinini həbs edib

Rusiya casusluqda şübhəli bilinən Estoniya sakinini həbs edib Məlumata görə, FTX Arsen Mardaleyşvilini Sankt-Peterburqda casusluq əməli törədərkən saxlayıb
Region
13 May , 2016 16:59
Rusiya casusluqda şübhəli bilinən Estoniya sakinini həbs edib

Bakı. 13 may. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Estoniya sakinini casusluq ittihamı ilə saxlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu FTX-nin İctimaiyyətlə Əlaqə Mərkəzi bildirib.

Məlumata görə, 1969-cu il anadan olan Mardaleyşvili Arsen Nodaroviç Estoniyada vətəndaşsız statusu ilə yaşayır.

İnformasiyada bildirilib ki, FTX onu Sankt-Peterburqda casusluq əməli törədərkən saxlayıb.

FTX-dən bildirilib ki, Estoniyanın Daxili İşlər Nazirliyinin Mühafizə Polisi Departamenti Arsen Mardaleyşvilini Rusiya Silahlı Qüvvələrinə aid obyektlərlə bağlı məlumat toplamağa göndərib.

O, Rusiya Cinayət Məcəlləsinin casusluq maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi