​Rusiya vətəndaşlarının Türkiyəyə uçuşlarına qoyulan məhdudiyyəti aradan qaldırıb

​Rusiya vətəndaşlarının Türkiyəyə uçuşlarına qoyulan məhdudiyyəti aradan qaldırıb Türkiyə ilə müntəzəm aviareyslər iyulun 16-da dayandırılmışdı
Region
22 İyul , 2016 03:12
​Rusiya vətəndaşlarının Türkiyəyə uçuşlarına qoyulan məhdudiyyəti aradan qaldırıb

Bakı. 22 iyul. REPORT.AZ/ Rusiya iyulun 22-dən etibarən Türkiyə ilə müntəzəm aviareysləri bərpa edir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında bildirilir.

"Türkiyə ərazisində və hava limanlarında Rusiya vətəndaşlarının yüksək təhlükəsizliyinə dair yubadılmadan görülən tədbirlər haqqında Türkiyə tərəfindən təminat aldıqdan sonra, 22 iyul 2016-cı il tarixindən Rusiyadan Türkiyəyə uçuşlar həyata keçirən bütün aviaşirkətlər üçün müntəzəm uçuşlar bərpa olunur", — deyə məlumatda bildirilir.

Türkiyə ilə müntəzəm aviareyslər iyulun 16-da, hərbçilərin ölkədə dövlət çevrilişi etmək cəhdindən sonra dayandırılmışdı.

Son xəbərlər

Orphus sistemi