Rusiya Baş Prokurorluğu əmək miqrantları üçün federal kvota tətbiq etməyi təklif edib

Rusiya Baş Prokurorluğu əmək miqrantları üçün federal kvota tətbiq etməyi təklif edib RD baş prokurorun müavininin sözlərinə görə, hazırda qüvvədə olan sistem Rusiya vətəndaşlarının paritet məşğulluq prinsipini təmin etmir
Region
8 Oktyabr , 2014 17:49
Rusiya Baş Prokurorluğu əmək miqrantları üçün federal kvota tətbiq etməyi təklif edib
Bakı. 8 oktyabr. REPORT.AZ/ RF Baş Prokurorluğu Rusiya müəssisələrində xarici işçi qüvvəsindən istifadə üçün federal kvota tətbiq etməyi təklif edib. "Report" İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə RF Qanunvericilər Şurası və millətlərarası münasibətlər və dini təşkilatlarla qarşılıqlı fəaliyyət üzrə Məşvərət Şurası prezidiumunun birgə iclasında RF baş prokurorunun müavini Viktor Qrin bəyan edib. 

Onun sözlərinə görə, hazırda RF-də qüvvədə olan xarici işçi qüvvəsinin cəlb olunması və istifadə edilməsi sistemi dövlət siyasətinin xarici əmək miqrasiyası sahəsində əsas prinsipi Rusiya vətəndaşlarının paritet məşğulluq prinsipini təmin etmir.

V.Qrin müəssisə və təşkilatlarda xarici işçilər üçün icazə verilməsi ilə bağlı iş yerlərinin son limitinin federal səviyyədə tətbiq edilməsini təklif edib. Baş prokurorluğun nümayəndəsi həmçinin miqrantların sosial, mədəni uyğunlaşma və inteqrasiyası haqqında qanun layihəsinin tezliklə qəbul edilməsinin lehinə çıxış edib. 

Son xəbərlər

Orphus sistemi