Bakı. 17 noyabr. REPORT.AZ/ Rusiyanın "A 321" təyyarəsi partlayıcı qurğunun partlaması nəticəsində qəzaya uğrayıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov RF prezidenti Vladimir Putinə məruzə edib.
Məlumata görə, qəza təyyarənin göyərtəsində bir kiloqram trotilə ekvivalent gücdə əldəqayırma qurğunun partlaması nəticəsində baş verib.
Qeyd edək ki, oktyabrın 31-də Misirin Şarm əşl-Şeyx şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə hərəkət edən "Metrojet" (keçmiş adı "Koqalımavia") aviaşirkətinə məxsus "Airbus A-321" sərnişin təyyarəsi Sinay yarımadasının şimal-şərqində qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 217 sərnişin və 7 ekipaj üzvü hadisə zamanı həyatını itirib.