Rusiya DÇ-​2018-i keçirmək üçün maliyyə problemi ilə üzləşib

Rusiya DÇ-​2018-i keçirmək üçün maliyyə problemi ilə üzləşib Vitali Mutko: "Yarışın Rusiya ərazisində keçirilməsi ilə bağlı öhdəliyə əməl etməyə çalışacağıq"
Region
26 Dekabr , 2014 15:34
Rusiya DÇ-​2018-i keçirmək üçün maliyyə problemi ilə üzləşib

Bakı. 26 dekabr. REPORT.AZ/ 2018-ci ildə Rusiyada keçirilməsi planlaşdırılan futbol üzrə dünya çempionatının (DÇ) təşkilat komitəsinin büdcəsində defisit yaranıb. "Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Vitali Mutko bildirib. 

Onun sözlərinə görə, komitə ayrı-ayrı şəxslərin bu məqsədlə ianə verəcəyinə güvənir: "2018-ci ildə keçiriləcək dünya çempionatı üçün stadionların tikilməsi ilə bağlı xərclər planlaşdırma çərçivəsindədir, ancaq mövcud isqtisadi vəziyyətə görə "düzəlişlər də edilə bilər".

V.Mutko xərclərin 10% azaldılacağını istisna etməyib: "Yarışın Rusiya ərazisində keçirilməsi ilə bağlı öhdəliyi keçirməyə çalışacağıq. Ancaq bu asan olmayacaq".

Xatırladaq ki, 2018-ci ildə Rusiyanın 11 şəhərindəki (Moskva, Kalininqrad, Sankt-Peterburq, Volqoqrad, Kazan, Nijni Novqorod, Samara, Saransk, Rostov-Don, Soçi, Yekaterinburq) 12 stadionda oyunların keçirilməsi nəzərdə tutlub. 

Son xəbərlər

Orphus sistemi