​Ruhani: Məkkədəki faciə və digər hadisələr araşdırılmalıdır

​Ruhani: Məkkədəki faciə və digər hadisələr araşdırılmalıdır "Mən həlak olanların ailələrinə başsağlığı verirəm"
Region
26 Sentyabr , 2015 20:14
​Ruhani: Məkkədəki faciə və digər hadisələr araşdırılmalıdır

Bakı. 26 sentyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Məkkə şəhərində basırıq nəticəsində 700-dən artıq insanın həyatını itirdiyi faciə, həmçinin Həcc ziyarəti zamanı baş verən digər insidentlər araşdırılmalıdır.

"Report" xəbər verir ki, bunu sentyabırn 26-da BMT-nin mənzil qərargahında keçirilən sabit inkişaf sammitində çıxışı zamanı İran prezidenti Həsən Ruhani bildirib.

"Mən çərşənbə günü Məkkədə minlərlə müsəlmanın, o cümlədən iranlıların başına gələn ürəksızladıcı insidentlə bağlı dərin təəssüfümü bildirirəm. Mən faciədə ölmüş əzizlərinə ağlayan ailələrə başsağlığı verirəm", - deyə İran prezidenti bildirib.

O, zərərçəkənlərin ehtiyaclarına lazımi diqqət yetirməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi