Rostov-Donda təyyarənin qəzaya uğradığı yerdə "qara qutu" tapılıb

Rostov-Donda təyyarənin qəzaya uğradığı yerdə "qara qutu" tapılıb İstintaq "Boeing"in Rostovda qəzaya uğramasının iki əsas versiyasını nəzərdən keçirir
Region
19 Mart , 2016 11:59
Rostov-Donda təyyarənin qəzaya uğradığı yerdə qara qutu tapılıb

Bakı. 19 mart. REPORT.AZ/ İstintaq "Boeing"in Rostovda qəzaya uğramasının iki əsas versiyasını nəzərdən keçirir. "Report" TASS-a istinadən xəbər verir ki, bunlar hava şəraiti səbəbindən pilot idarəetməsində səhv və ya texniki nasazlıqdır.

Aviaqəzanın araşdırılması üçün BƏƏ, ABŞ və Fransadan ekspertlər də cəlb olunacaq.

Bu arada xilasedicilər təyyarənin qəzaya uğradığı yerdə "qara qutu" tapıb. İkinci qutunun axtarışları davam etdirilir.

Xatırladaq ki, Dubaydan Rostov-Don şəhərinə uçan "Boeing 737-800" sərnişin təyyarəsi bu gün səhər saatlarında Rostovda pis görüntü şəraitində eniş edərkən qəzaya uğrayıb. Rusiya FHN-in məlumatına görə, laynerin göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü olub. Onların hamısı ölüb. 

Son xəbərlər

Orphus sistemi