Rəcəb Tayyib Ərdoğanı ​təhqir edən şəxsə bir ildən çox həbs cəzası verilib

Rəcəb Tayyib Ərdoğanı ​təhqir edən şəxsə bir ildən çox həbs cəzası verilib Məhkum: "Səhifəmə kim girdi, o yazını necə yazdı, bilmirəm"
Region
7 İyul , 2015 18:28
Rəcəb Tayyib Ərdoğanı ​təhqir edən şəxsə bir ildən çox həbs cəzası verilib

Bakı. 7 iyul. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı baş nazir olduğu dövrdə "Facebook" sosial şəbəkəsində paylaşdığı materialda təhqir etdiyi üçün mühakimə edilən Səlahəddin Təkin bir il 2 ay 17 gün müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Xəbərə görə,əvvəlcə ona qarşı 2 il 4 ay azadlıqdan məhruetmə iddiası irəli sürülüb.

Məhkəmədə özünü müdafiə edən Səlahəddin Təkin bildirib: "Səhifəmə kim girdi, o yazını necə yazdı, bilmirəm. Səhifəmdəki yazılarda sünnilər pislənib. Mən sünni bir qadınla evliyəm. Bütün dinlərə hörmət edirəm, baş naziri də sevirəm. Tənqid edərəm, ancaq "pis sözlər" mənə aid deyil".

Məlumata əsasən, müttəhim istintaq zamanı "Facebook" səhifəsinin və yazıların ona aid olduğunun bildirib.

Son xəbərlər

Orphus sistemi