Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə görüşəcək

Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə görüşəcək Bu il dekabrın sonunda Rusiya-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək
Region
15 Oktyabr , 2015 14:15
Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə görüşəcək

Bakı. 15 oktyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ilin dekabrın sonunda Rusiyanın dövlət başçısı Vladimir Putinlə Kazanda görüşməyi planlaşdırır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım Moskvadakı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Səfir deyib ki, bu il dekabrın sonunda Rusiya-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının toplantısı çərçivəsində iki ölkə prezidentlərinin görüşəcəyi gözlənilir.

O qeyd edib ki, Türkiyə ilə Rusiya arasında davamlı olaraq, sıx təmas var.

İngilis versiyası Erdogan will meet with Putin

Son xəbərlər

Orphus sistemi