​Rəcəb Tayyib Ərdoğan Kubaya səfər edib

​Rəcəb Tayyib Ərdoğan Kubaya səfər edib Səfir Həsən Öktəm: "Türkiyə iş adamlarının sərmayə qoyması Kubanın ən böyük arzusudur"
Region
11 Fevral , 2015 20:33
​Rəcəb Tayyib Ərdoğan Kubaya səfər edib

Bakı. 11 fevral. REPORT.AZ/ Kuba son 5-6 ildə Latın Amerikasına yönəlik ciddi planı olan Türkiyədən sərmayəçiləri gözləyir.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğanın Kubaya səfəri ilə bağlı açıqlama verən Türkiyənin bu ölkədəki səfiri Həsən Öktəm söyləyib.

"Kuba Türkiyədən daha çox ticarət əlaqələrinin artmasını və sərmayə qoyulmasını gözləyir. Türkiyə iş adamlarının sərmayə qoyması Kubanın ən böyük arzusudur", - səfir bildirib.

Onun sözlərinə görə, 5-6 il bundan əvvəl Türkiyənin Latın Amerikası ölkələrində 6 səfirliyi olduğu halda, indi bu rəqəm 12-yə çatıb və onların 13-14-ə çatacağı gözlənilir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Latın Amerikası turnesi çərçivəsində bu gün Kubaya səfər edib. 

Son xəbərlər

Orphus sistemi