Rəcəb Tayyib Ərdoğan​: "İŞİD indiyədək Türkiyədə 10 dəfə terror aktı törədib"

Rəcəb Tayyib Ərdoğan​: "İŞİD indiyədək Türkiyədə 10 dəfə terror aktı törədib" Türkiyə prezidenti: "Terrora əsla imkan verməyəcək"
Region
15 Yanvar , 2016 18:13
Rəcəb Tayyib Ərdoğan​: İŞİD indiyədək Türkiyədə 10 dəfə terror aktı törədib

Bakı. 15 yanvar. REPORT.AZ/ "Terrorçu İŞİD qruplaşması indiyədək Türkiyədə 10 dəfə terror aktı törədib".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Sultanəhməd məscidindəki cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.

Türkiyə prezidenti namazdan sonra yanvarın 12-də Sultanəhməd meydanında terror aktı törədilən yeri ziyarət edib.

R.T.Ərdoğan ölkədə həyata keçirilən antiterror əməliyyatlarına da toxunub: "Sərhədyanı bölgələrimizdə hadisələrin inkişafına qətiyyən icazə verməyəcəyimizi söyləmişik. Türkiyə terrora əsla imkan verməyəcək. Ölkəmizin cənub-şərqində həyata keçirdiyimiz antiterror əməliyyatları adi əməliyyat deyil. Bununla yanaşı, qonşu ölkələrdən gələn təhdidlərə qarşı da əməliyyatlarımız davam edir. Əlbəttə, İŞİD bunu hələ qəbul etmək istəmir. Bu (yanvarın 12-də İstanbulda törədilən terroru nəzərdə tutur- "Report"), qruplaşmanın Türkiyədə törətdiyi ilk terror deyil. İndiyədək İŞİD Türkiyədə 10 dəfə terror aktı törədib".

Türkiyə prezidenti terrorçu PKK-nı dəstəkləyənlərə və onların himayədarlarına işarə edərək deyib: "İstər siyasətlə məşğul olsunlar, istər xəndək qazsınlar, istərsə dağa çıxsınlar, millətimizin atılması lazım olan addımlarla bağlı qərar verəcəyini bilirəm".

Son xəbərlər

Orphus sistemi